Aşkarlanan silahlar polisə təhvil verilib.
Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif növ silah-sursat hissələri tapılıb.
“Təmiz Şəhər” ASC-dən 7news.Az-a verilən məlumata görə, şirkət əməkdaşları tullantıların içindən 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron tapıblar.
Aşkarlanan silahlar polisə təhvil verilib.
7news.Az








