25 yaşlı oğlan özündən 20 yaş böyük sevgilisini öldürüb.
7news.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində olub. Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti qəsəbədə kirayədə yaşadığı evdən azyaşlı qızı tərəfindən tapılıb. Uşaq məktəbdən evə gələrkən mənzildə anasının yerdə olduğunu görüb ev sahibinə xəbər verib.
Ev sahibi də dərhal ərazi üzrə 30-cu polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn polis müəyyən edib ki, qadını qeyri-rəsmi nigahla yaşadığı
Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov öldürüb. Və çox çəkməyib ki o, saxlanılıb. Dindirmə zamanı Paşa törətdiyi cinayəti etraf edib. Hadisənin qısqanclıq zəmnində olduğu ehtimal edilir.
Qazaxda isə 21 yaşlı gənc bıçaqlanaraq öldürülüb. Hadisə rayonun Daş Salahlı kəndində baş verib. Samir İsmayılovu qətlə yetirən şəxsin onun həmkəndlisi 21 yaşlı Sənan Bayramovun olduğu müəyyənləşib. Məlumata görə, Samir İsmayılovla Sənan Bayramov ötən axşam kənd orta məktəbinin yaxınlığında mübahisə ediblər. Sonda Sənan Bayramov Samirin ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs Qazax müalicə diaqnostika mərkəzinə aparılsa da, onun yolda öldüyü məlum olub. Gecə saatlarında meyit məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Qazax rayon şöbəsinə gətirilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
7news.Az








