RU
Bakıda özünü 19-cu mərtəbədən ataraq faciəvi şəkildə ölən qadının kimliyi bilindi
12:05
1054

Bakıda özünü 19-cu mərtəbədən ataraq faciəvi şəkildə ölən qadının kimliyi bilindi

Dekabrın 10-da axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonunda - Bakıxanov qəsəbəsindəki "Uğur 2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atan qadının kimliyi müəyyənləşib.

Araşdırmalar nəticəsində intihar edən şəxsin Sabunçu qəsəbəsinin sakini, 1953-cü il təvəllüdlü Belova Nadejda Nikolayevna olması bəlli olub.

Bildirilir ki, N.Belova həmin binada yaşamayıb. O, axşam saatlarında binaya daxil olaraq liftlə 19-cu mərtəbəyə qalxıb və burada dəhlizin pəncərəsindən özünü atıb. O, həyətdəki "KİA" markalı avtomobilin üstünə düşüb və yerindəcə keçinib. 19-cu mərtəbədən Nadejda Belovanın paltosu və ayaqqabıları tapılıb.

Araşdırmalar davam etdirilir./lent.az
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ