RU
Bakıda özünü yandıran gənc xəstəxanadan qaçdı
18:00
324

Bakıda özünü yandıran gənc xəstəxanadan qaçdı

Ötən gün Bakıda gənc oğlan özünü yandıraraq intihara cəhd edib.

Paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində intihara cəhd edən 28 yaşlı Kərimov Qalib Balahəsən oğluna təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

 

Daha sonra o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Orada özünü benzinlə yandıran şəxsə müəyyən yardım göstərilib. Bundan sonra o, saat 09:00 radələrində xəstəxanadan qaçıb. Lakin sonradan yaxınları onu yenidən xəstəxanaya aparıblar./big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ