"Yanğın beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mənzillərdən birində başlayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub”. Bunu ONA-ya açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, yanğın nəticəsində dəhlizdəki elektrik kabelləri yüksək temperaturdan əriyib. Yaranmış qatı tüstüdən zəhərlənən bir nəfər dünyasını dəyişib, tüstüdən zəhərlənən bir neçə nəfər isə Toksikologiya Mərkəzinə aparılıb. ONA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 120 ailənin yaşadığı yataqxanadan sakinlər təxliyə olunub, binaya elektrik və qaz verilişi təhlükəsizlik məqsədilə dayandırılıb. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılır. Toksikologiya Mərkəzindən ONA-ya bildirilib ki, yanğın zamanı tüstüdən zəhərlənmiş 5 nəfər Mərkəzə çatdırılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ölənlər Əliyeva Elza və Əliyev Surxay ər-arvaddırlar.
**
01:20
Bakıda yataqxanada baş verən güclü yanğın söndürülüb.
7NEWS.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilir ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.
**
00:58
Bakıda yaşayış binasında yanğın olub. Güclü yanğın Nərimanov rayonu Təbriz küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının 4-cü mərlrtəbəsindəki mənzildə qeydə alınıb.
Məlumata görə, yanğın 5 mərtəbəli edin yuxarı mərtəbələrindəki evlərdən birindən başlayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür./bakupost
Binada yaşayan sakinlər evakusiya edilib.
Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
7NEWS az








