RU
Bakıdakı evdən külli miqdarda oğurluq
19:20
629

Bakıdakı evdən külli miqdarda oğurluq

Suraxanı rayonunda evdən külli miqdarda oğurluq edilib.

7news.az musavat.com-a istinadən xəbər verir ki, Qaraçuxur qəsəbə sakini Mahir Abdullayevin evindən seyfi sındıraraq içində olan 3900 dollar və 100 min dollar dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Oğru və ya oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla giriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ