RU
Bakıdakı güclü yanğınla bağlı
10:11
1160

Bakıdakı güclü yanğınla bağlı

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, Bakının Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb, 1 otaqda kondisioner və televizor ərimiş, otağın tavanı 10 kv.m sahədə qarsalanıb.

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Alov saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğında ölən və yaralananların adları bilindi

Bakının Yasamal rayonu ərazisində baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva  Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.

Onun gözlərinin görmədiyi bildirilir. S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.

Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb. /APA

7News.az

 
 
 
 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ