7News.az xəbər verir ki, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir. Marketlərdə olan mallar isə başqa yerlərə daşınır. Faktı "Report"a təsdiqləyən "Lider-AS" supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.
O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb:
"Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb".
İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub.//politika.az
7News.az








