Bakının Xətai rayonunda qadınlar arasında dava olub.
7news.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Nobel prospekti, 15 ünvanında yerləşən “Fircraft” şirkətində qeydə alınıb. Həmin şirkətdə işləyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Diana Məmmədova ilə iş yoldaşı, 1988-ci il təvəllüdlü Emiliya Hüseynova arasında mübahisə yaranıb.
Mübahisə zamanı Diana Məmmədova iş yoldaşını döyərək ona xəsarət yetirib. Bu zaman Emiliyada Diana Məmmədovanı vurub. Hər iki qadın xəsarət alıb.
Onlar bir-birindən Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə şikayət ediblər.
Faktla bağlı araşdırma aparılır.
7news.az








