RU
Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - FOTO
13:45
454

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - FOTO

Bakı-Ankara marşrutu üzrə sərnişin daşıyan qatarın Qarsda qarşılanması zamanı maraqlı hadisə yaşanıb.

"Hurriyet" verdiyi xəbərə görə, qatarın yolunu gözləyənlər arasında yeni evlənən bəylə gəlin də olub. Tarixi gündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Onlar Bakını görmək, gəzmək xəyalları qurduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər.

Qeyd edək ki, Azərbaycanın sifarişi ilə İsveçrədə istehsal edilən xüsusi sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dayanmadan hərəkət edəcək.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ