Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb.
7news.AzTürkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını saxlanılıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerindən isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın düşüb. Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.
Məlum olub ki, həmin şəxsslər Avropaya mühacirət etmək üçün yük maşınına küllü miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar.
7news.Az








