Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib, sərnişini xəsarət alıb.
Balakən rayon sakini Bakıdan qaçırdığı maşınla Ucar rayonunda qəza törədib. Qəza nəticəsində sürücü ölüb, sərnişin isə ağır yaralanıb.
Balakən rayon sakini 1993-cü il təvəllüdlü Bəkir Nazim oğlu Qarayev idarə etdiyi VAZ 2107 markalı, 10 OH 877 dövlət nömrə nişanlı maşınla qəza törədib. Qəza Bakı-Qazax yolunun 235-ci kilometrliyində, Ucar rayonu ərazisində baş verib.
Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib. Sərnişin 1991-ci il təvəllüdlü Namiq Nizami oğlu Məmmədov xəsarət alıb.
Araşdırma zamanı məlum olub ki, qəzanı törədən avtomobil oğurluqdur.
Bu barədə oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə maşının sahibi tərəfindən şikayət daxil olub. Polis faktla bağlı araşdırma aparır./avtosfer
7news.az








