RU
Bakıdan Qubaya işləməyə gedən fəhlələri cərəyan vurdu - Ölən var
13:50
45

Bakıdan Qubaya işləməyə gedən fəhlələri cərəyan vurdu - Ölən var

Bakıdan Qubaya işləməyə gedən fəhlələri elektrik cərəyanı vurub.

Hadisə rayonun Əski İqriq kəndində bağ evinin tikintisi zamanı baş verib.

Evin üstünün betonlanması zamanı 1965-ci il təvəllüdlü Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi betonqarışdıran maşının borusu ərazidən keçən yüksəkgərginlikli elektrik xəttinə ilişib.

Nəticədə həmin borudan tutan iki fəhləni - 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibov və 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb, Ş.Yusibov isə xəstəxanaya yerləşdirilib.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ