RU
Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var
11:40
131

Bakıdan rayona yasa gedən ailə qəzaya uğradı: Ölən və yaralananlar var

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çaylı kəndi ərazisində "Nissan” və "Ford” markalı avtomobillər toqquşub.

Nəticədə "Nissan”da olan sərnişin, 1978-ci il təvəllüdlü Elnur Malik oğlu Nəzərov aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, hadisə vaxtı avtomobili E.Nəzərovun həyat yoldaşı idarə edirmiş.

Onlar Bakıdan Qazaxa Elnurun baldızının vəfatının 40-cı günü ilə əlaqədar keçirilən anım mərasimində iştirak etmək məqsədilə gedibmiş.

Hadisə nəticəsində daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ