RU
Bakının bir hissəsində təhlükə
23:11
6197

Bakının bir hissəsində təhlükə

Bu ay Bakının bir neçə ərazisində qrunt sularının səviyyəsi artıb. Suyun səviyyəsinin ən çox qalxdığı ərazilər Sabunçu rayonu Maştağa, Zabrat qəsəbələri və Şuşa şəhərciyi ərazisidir.

7News.Az xezerxeber.com-a istinadən bildirir ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşı Rasim Həsənov deyir ki, payız qış aylarında suyun səviyyəsi daha da qalxa bilər. Bu da bəzi evlərin su altında qalmasına səbəb olacaq.

Geoloqun sözlərinə görə, drenaj sistemi çəkilsə qrunt suları ərazidən axıdıla bilər.

Milli.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ