RU
Bakının daha bir küçəsində təmir başa çatdı
20:15
908

Bakının daha bir küçəsində təmir başa çatdı

Ümumilikdə yol kənarlarına 1 100 paqon-metr yeni səki daşı düzülüb.

“Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb.

Bu barədə ASC-dən 7news.Az-a bildirilib.

Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1 100 paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.

 7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ