RU
Bakının daha bir mərkəzi yolu bağlandı
10:11
965

Bakının daha bir mərkəzi yolu bağlandı

Yolda sıxlıq müşahidə olunur.

Bakının mərkəzində daha bir yolda hərəkət dayandırılır. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 7News.Az-a verilən məlumata görə, bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ