RU
Bakının
12:17
437

Bakının "İnter" klubunun futbolçularını aparan avtobus YANDI

Bakı-Quba yolunda avtomobil yanıb.

Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  "İnter" futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
 
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüblər.
 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar, yanğın söndürülüb. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ