RU
Bakının “İnter” klubunun prezidenti istefa verib
19:45
567

Bakının “İnter” klubunun prezidenti istefa verib

Bakı "İnter”inin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, "bankirlər”in prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevəhəvalə olunub.

Qeyd edək ki, Rəşad Qasımov 2015-ci il dekabrın 23-də bolqarıstanlı Georgi Nikolovu əvəzləmişdi./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ