Araşdırma aparılıb.
Bakıda fəaliyyət göstərən bəzi iri mağazalar şəbəkəsində eyni məhsullar istehlakçıya müxtəlif qiymətlərə təqdim olunur.
Araşdırma predimeti əsasən yerli istehsal olan gündəlik tələbat malları olub.
Mağazalarda istehlakçıya təqdim olunan malların qiymətinin formalaşmasında yanaşma müxtəlifdir. Məsələn, hansısa distributor bir mağazanın rəflərini icarəyə götürərək öz məhsullarını satır.
Başqa bir yanaşma ondan ibarətdir ki, distributor mağazaya konkret bir məhsulu endirimlə satır, mağaza isə həmin məhsulun üzərinə faiz gələrək istehlakçıya təklif edir. Burada bir maraqlı məqam da ondan ibarətdir ki, xidmət şəbəkəsi geniş olan mağazalara distributor tərəfindən qiymətdə edilən güzəşt daha çox olur.
Elə bu səbəbdən də biz araşdırmamızı ölkədə ən böyük filial şəbəkəsinə malik olan mağazalarda apardıq.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bildirib ki, yerli istehsal olan məhsulların bahalaşması əsassızdır.
Monitorinq göstərir ki, böyük market şəbəkələrində hazırkı qiymətlər arasında ciddi fərq yoxdur./apa
7news.az








