RU
15:20
596

"Bakının istisində futbol oynamaq çox çətindir"

 

"Olduqca güclü komandaya qarşı mübarizə apardıq. Fikrimcə, düzgün taktika sayəsində qələbə qazandıq".

7News.az xəbər verir ki, bunu "Höteborq"un yarımmüdafiəçisi Mads Olbek deyib.

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ı qəbul edən isveçlilər ilk görüşdən minimal hesablı (1:0) qalibiyyətlə ayrılıblar.
 
Oyunla bağlı Danimarka mətbuatına açıqlama verən 26 yaşlı futbolçu müdafiə futbolu oynamağa məcbur olduqlarını bildirib: "Rəqib topla oynamağı sevən komandadır. Bu səbəbdən topsuz çox qaçmalı olduq. Geriyə çəkilməyimiz taktiki gediş idi ki, bu da uğurlu nəticələndi. Ancaq bu hesab bizi arxayınlaşmamağa vadar edir. Bilirik ki, rəqib Bakıdakı revanşı gözləyir. Bakının istisində futbol oynamaq çox çətindir. "Qarabağ" hücuma atılacağından, yenə müdafiəyə çəkilib, əks-hücumlara bel bağlayacağıq. Buradakı kimi, səfərdə də müdafiədə boşluq buraxmaq olmaz".
 
Danimarkalı vitse-kapitan azarkeş dəstəyindən məmnun qalmadığını da əlavə edib: "Avrokuboklarda qrup mərhələsinə düşmək yolunda evdə son oyunumuzu keçirsək də, tribunalardakı boşluqlar məni təəccübləndirdi. Bunu başa düşə bilmirəm. Şəhərdə hamı deyir ki, bu, "Höteborq" futbol tarixində son 15 ilin ən önəmli matçıdır. Amma 500-600 min insandan cəmi 11 mini stadiona gəlmişdi".
Qeyd edək ki, 18 min 416 nəfərlik tutuma malik "Qamla Ullevi" stadionunda "Höteborq" - "Qarabağ" görüşünü 11 min 458 azarkeş izləyib./apasport

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ