Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Suraxanıdır.
Fevral ayı üzrə müşahidələr göstərir ki, Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti, demək olar, faktiki olaraq dəyişməz qalıb.
7News.Az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin fevral ayı üzrə açıqladığı hesabatında bildirilib.
Aylıq orta qiymət göstəricisi ABŞ dolları ilə ifadədə 1009 $/kv.m-dən 1% artaraq 1019 $/kv.m, milli valyuta ilə isə ay ərzində 1604 AZN/kv.m-dən 1620 AZN/kv.m bəndinə qədər yüksəlib.
Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir.








