Təmir işləri Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlıdır.
Dekabr ayının 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq.
Bakı Şəhər Haqlasından daxil olan məlumata görə, avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabr ayının 13-dən 14-nə keçən gecə, Bazar ertəsi aradan qaldırılacaq.
Təmir işləri Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlıdır.
Xatırladaq ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq./oxu
7news.az








