Oğurluq açar seçmə yolu ilə törədilib.
Bakının mərkəzindəki brend geyimlərin satıldığı butiklərdən birindən oğurluq edilib.
7news.az -n Lent.az-a istinadən məlumatına görə, Neftçilər prospekti 43 ünvanında yerləşən “Tod”s” mağazasından fevralın 4-də gecə saatlarında 2200 manat nağd pul və 4700 manatlıq geyim oğurlanıb.
İlkin məlumata görə, oğurluq açar seçmə yolu ilə törədilib.
Faktla bağlı Səbail polisi araşdırma aparır.
7news.az








