RU
Bakının mərkəzində məşhur restoranda dəhşətli YANĞIN – VİDEO
12:19
588

Bakının mərkəzində məşhur restoranda dəhşətli YANĞIN – VİDEO

Bakının mərkəzində "Tərxun" restoranında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində, "Azərbaycan” kinoteatrı yaxınlığındakı "Tərxun” restoranında baş verib. Yanğın restoranın ikinci mərtəbəsində qeydə alınıb.

Birinci çağırışla hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Video bakuws-ə aiddir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ