RU
Bakının mərkəzində qaz borusu partladı - Yanğın başladı - VİDEO
16:47
448

Bakının mərkəzində qaz borusu partladı - Yanğın başladı - VİDEO

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

7News.Az trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ