Bakı şəhərinin Nərimanov rayonunda "BMW" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
7News.Az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
7News.Az








