RU
Bakının mərkəzində qızın başına beton parçası düşdü
14:40
86

Bakının mərkəzində qızın başına beton parçası düşdü

Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən saat 18 radələrində paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 32 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qopub.

Beton parçası səkidə hərəkət edən piyada 1992-ci il təvəllüdlü Əminə Nəzərlinin başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Nəzərlinin müalicəsi hazırda davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ