RU
Bakının mərkəzində tələbə bıçaqlandı
17:20
108

Bakının mərkəzində tələbə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 Nəsimi rayonu Səməd Vurğun küçəsi 80-in qarşısında 19 yaşlı O.Murtuzzadə bıçaqlanıb. Döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı V.Kərimov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan gənc Türkiyədəki universitetlərdən birinin tələbəsidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ