RU
Bakının mərkəzində uçqun - FOTOLAR
10:17
493

Bakının mərkəzində uçqun - FOTOLAR

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub.


Binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib. 

FHN əməkdaşlarının verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib./azvision.az

7news.Az

 

 

 



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ