RU
Bakıda ticarət mərkəzindəki yanğının söndürülməsinə helikopter də cəlb olundu - VİDEO - FOTO - YENİLƏNİB
10:17
477

Bakıda ticarət mərkəzindəki yanğının söndürülməsinə helikopter də cəlb olundu - VİDEO - FOTO - YENİLƏNİB

10:06

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.

7News.Az trend-ə istinadən bildirir ki, Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.


09:36

Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".


08:45

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci km bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən "Diqlas" ticarət mərkəzində hazırda yanğın davam edir. Ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə yerində hazırda 10 yanğınsöndürən maşın fəaliyyət göstərir. 

İlkin versiyaya görə, yanğına səbəb dönərxanada baş verən qısaqapanmadır. 

Bakının Nizami rayonunda güclü yanğın


Bakının Nizami rayonunda güclü yanğın (2)

Bakının Nizami rayonunda güclü yanğın - VİDEO - FOTO - YENILƏNIR

Bakının Nizami rayonunda güclü yanğın - VİDEO - FOTO - YENILƏNIR

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ