RU
Bakının Nizami rayonunda su problemi olacaq
13:20
1960

Bakının Nizami rayonunda su problemi olacaq

Sözügedən ərazidə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir.

Bakı şəhər Nizami rayonunun bir hissəsində içməli su problemi olacaq.

7news.Az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilən magistral su xətləri mövcud sistemlərə birləşdirilir. 

Bununla əlaqədar olaraq iyulun 4-də gün ərzində rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ