RU
Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsilib
11:00
161

Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsilib

Kür-Bakı magistral su kəmərində baş vermiş qəzaya görə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

7News.Az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ