RU
Bakının qəsəbələrində su olmayacaq
20:15
1664

Bakının qəsəbələrində su olmayacaq

“Azərsu” abonentlərə xəbərdarlıq etdi.

Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcəkdir. 

7news.Az-a “Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

Qurumdan qeyd edilib ki, yenidənqurma işləri ilə əlaqədar sabah saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ