RU
Bakının tarixi
16:05
4067

Bakının tarixi "Fantaziya” hamamı bir gecənin içində söküldü?

Bakının mərkəzində yerləşən tarixi "Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
 
Bu barədə məlumatı aktyor Elmin Bədəlov verib. Onun sözlərinə görə səhər saatlarında tarixi hamam tamamilə uçurulub. Məlumatlara görə bu söküntünün gecə saatlarından həyata keçirildiyi bildirilib. 
 
Azxeber.com məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlasa da, xidmətdən heç bir məlumat verilməyib. Xidmət əməkdaşları məsələdən xəbərsiz olduqlarını bildiriblər. 
 
Nazirliyin mətbuat xidməti də məlumatın araşdırıldığını bildirib. 
 
7News.az
 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ