RU
Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO
16:00
291

Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO

Oktyabrın 9-da saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində - Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində 17 yaşlı qızın ölümü ilə nəticələnən yol qəzası barədə xəbər vermişdik.

7News.Az-ın publika.az-a istinadən məlumatına görə, yolun paytaxta doğru gələn istiqamətində Bakı şəhər sakini A.Ağayevin idarə etdiyi "BMW" markalı avtomobillə vurub öldürdüyü Cəbrayıl rayon sakini Solmaz Abdullayeva tələbə olub. O, Bakıya təhsil aldığı ali məktəbə dərsə gələrkən minik avtomobilinin zərbəsinə tuş gəlib.

Bildirilir ki, qəzanı törədən şəxs polis kapitanıdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıya dərsə gələn 17 yaşlı tələbə qız öldü - FOTO

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ