RU
13:26
57

"Baku Bus" maşınla toqquşdu - Xəsarət alan var

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

7News.Az unikal-a istinadən xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ