Yaralılardan üçünün vəziyyəti orta ağırdır.
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.
Partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlüElsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır./report
7News.Az








