Bal ayında tək mühərrikli təyyarə ilə gəzintiyə çıxan cütlük ölümdən dönüb.
Yeni evlənən cütlük təyyarə qəzasına düşüb.
30 yaşlı Jason Fox və 26 yaşlı Sally tək mühərrikli təyyarə ilə aktiv vulkanın üzərində uçarkən təyyarədə yaranan nasazlığa görə qorxulu anlar yaşayıblar.
Xoşbəxtlikdən təyyarə dənizə yox, adadakı meşəliyə düşüb.
"Cessna" adlı hava taksisi ilə Vanuatu vulkanını səyahətə çıxan ikili qəzaya düşdükləri anın görüntülərini çəkərək sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Vanuatu vulkanı Sakit Okeanın cənubunda yerləşir.
7News.Az










