Nazirlik xəbərdarlıq etdi.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında saxta bal aşkar edilib.
Bu barədə nazirlikdən bildirilib.
“İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların yarmarkaya keçirilməsi faktı aşkar edilib” - deyə, nazirlikdən qeyd edilib.
Bundan başqa, nazirlikdən bildiriblər ki, 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıb.
Qeyd edək ki, yarmarka Bakıda oktyabrın 10-dan fəaliyyətdədir. Nazirlik tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün isə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb./oxu
7news.az








