Rusiyada Sverdlovski vilayətinin Yekaterinburq şəhərində bir kişinin balaca itə qarşı zorakılığı kameralara düşüb.
"İnsident Yekaterinburg” xəbər verir ki, hadisə yaşayış binasının liftində baş verib.
Videogörüntülərdən məlum olur ki, bir şəxs liftin qapısında dayanan balaca küçüyə var gücü ilə təpik vurur, nəticədə o, divara çırpılır.
Daha sonra həmin şəxs liftdə heyvanı təpiyi ilə əzir. Onunla bir vaxtda liftə girən qadın iti qucağına götürərək həmin şəxsdən qorumağa çalışır.








