RU
Balaca xal qorxunc xəstəliyin əlaməti imiş - FOTO
17:50
263

Balaca xal qorxunc xəstəliyin əlaməti imiş - FOTO

Avstraliyanın Pert şəhərinin sakini Rayan Qlossop ötən ilin noyabrında dostu melanomadan öldükdən sonra dəri xərçəngindən yoxlanılmaq qərarına gəlib.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, 37 yaşlı Rayanın boynundakı kiçik xalın bədxəssəli olduğu üzə çıxdıqdan sonra o, xalı götürmək üçün iki dəfə əməliyyat olunub. Lakin əməliyyat faydasız olub.

Balaca xal qorxunc xəstəliyin əlaməti imiş - FOTO

Bundan sonra xərçəngə yoluxmuş dərini dəyişmək üçün daha iki əməliyyat keçirilib. 40 santimetr uzunluğu və 8 santimetr eni olan dərini əvəzləmək üçün kişinin iki ayağından dəri transplantantı götürülüb.

Balaca xal qorxunc xəstəliyin əlaməti imiş - FOTO

İki uşağın atası hazırda hər kəsə vaxtında sağlamlığının qayğısına qalmasını və müəmmalı xal ya çıxıntı gördükdə dərhal mütəxəssisə müraciət etməyi məsləhət görür, çünki məhz vaxtında müayinədən keçdiyi üçün Rayan hazırda boynunda iri çapıqla gəzsə də, sağdır.

Qayğıkeş atanın istəyi ilə hazırda 8 yaşlı oğlu və 4 yaşlı qızı da gələcəkdə xərçəng riskinə tutulmaq riskini yoxlamaq üçün müayinədən keçirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ