Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin korrupsiyaya qurşanması ilə bağlı yerli mediada çox yazılıb. Bu dəfə isə 7News.az redaksiyasına olduqca maraqlı bir yazı redaksiyamıza daxil olub. Yazıda qeyd olunur ki, Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev xəstəxananın açılışı zamanı Prezidentə təqdim etdiyi və dövlət tərəfindən alınan tibbi avadanlıqları öz şəxsi, özəl klinikasına aparıb. Dövlət xəstəxanasına isə sovet dönəmindən qalma köhnə aparat qoyub. Prezident İlham Əliyevin tibbə diqqət və qayğısı dünyada nümunəvi model kimi qəbul edilir. Hətta xaricdən ölkəmizə gələn tibb mütəxxəssisləri ölkəmizdə tibbi avadanlıqların ən yüksək səviyyədə olduğunu qeyd edirlər. Belə olan halda illərdir insanlarımız niyə tibbi xidmətlərdən əziyyət çəkirlər? Niyə sağ ayaq yerinə solu kəsirlər? Niyə 2 aya öləcək deyilən azyaşlını Ukraynada xilas edirlər? Bütün bunlar birmənalı şəkildə Prezidentin xalq arasındakı nüfuzuna zərbə vurmağa hesablanıb.
Balakənə gəldikdə isə onu qeyd etmək lazımdır ki, bu xəstəxanadan
həm işçilər, həm rayon camaatı olduqca narazıdırlar. Balakən rayon Mərkəzi Xəstəxanasının
baş həkimi Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini
özəl biznes qurumu kimi çalışdırır. Mənimsənilən dövlət vəsaitləri hesabına
Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayonun ən varlı şəxslərindən
birinə çerilib.
Baş həkim Hacıömər Nuriyev Baləkən Səhiyyə İdarəsini sağlamlıq bazarına
çevirib. Səhiyyə ocaqlarında ən adi dərman pereparatları və tibb ləvazimatlaırı
tapılmadığı halda elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı
tibb bacıları və həkimlər xəsğələrə baha qiymətə dərman və tibb ləvazimatları
satırlar.
Prezident İlham Əliyev Balakəndə olarkən sözügedən xəstəxananın açılışını edib. Həmin vaxt Mərkəzi Xəstəxananın Ginekologiya Şöbəsində ən müasir USM (daha çoz UZİ aparatı kimi tanınır-red.) avadanlığı quraşdırılmışdı. Lakin prezident ayağını Balakəndən kənara qoyan kimi, baş həkim Hacıömər Nuriyev həmin USM aparatını satıb. Yerinə isə sovet dövründən qalma köhnə avadanlığı qoyub ki, o da işləmir.
H.Nuriyevin
olduqca maraqlı qayda və qanunları da var. Balakən Mərkəzi Xəstəxanasının
baş həkimi ildə iki formada pul yığır. Onlardan biri aylıq haqqdır ki, hər bir
həkim hansı işi görməsindən asılı olmayaraq, bəlli miqdarda pulu hər ay baş həkimə
verməlidir. İkincisi isə ildə bir dəfə yığılır. H.Nuriyev hər ilin sonu həkimlərdən
tələb edir ki, ya pul verib işlərində qalmalıdırlar, ya da onları işdən
çıxarmalı olacaq.
Baləkən rayon Mərkəzi Xəstəxanasının baş həkiminin bu hərəkətlərindən edilən
şikayətlərə gəldikdə isə indiyə qədər bununla bağlı heç bir tədbir görülməyib.
Hacıömər Nuriyev isə hamıya deyir ki, onun arxası möhkəmdir və yığdığı pulları
da yuxarılarla, yəni Səhiyyə Nazirliyi ilə bölüşdürür. Ona görə də, kimsə ona
bir şey edə bilməz.
Xəstələrin dərmamından tutmuş təcili yardım maşınlarına sərf edilən benzinin
pulu baş həkimin cibinə gedir. Hər doğuşdan, laboratotiya, USM, Rentgen
kabinetindən hər ay faiz alır. Maliyyə yoxlamasının gəldiyini bəhanə edərək hər
həkimdən 1000, tibb bacılarından 500, kiçik tibb işçilərindən isə 100 manat məcburən
yığır. Pulu verməyəni isə işdən qovacağı ilə hədələyir.
Həkim 150 manat maaş alır, tibb bacılarının əksəriyyətinin banklara kredit
borcları var. Haradan baş həkimə pul versinlər. Hamıya da car çəkib ki, yığılan
pulların yarısı nazirə gedir.
Bu şəsxin 6 ildir xəstəxananı dağıtdığı iddia edilir. Xəstəxənada vəziyyət getdikcə pisləşir. 1 okladlıq yeri bir
neçə işçiyə satır, analıq məzuniyyətinə çıxan işçilərin yerlərini də hərraca
çıxarır. Bir neçəsinin isə pulunu əvvəlcədən alıb, analıq məzuniyyətinə
çıxacaqları gözləyir. Özünə 2 villa tikdirib, bahalı avtomobillərə sahibdir,
Bakıda yeni tikilən binalardan da mənzillər alıb.
Hətta o da bildirilir ki, baş həkimin 3 arvadı var, bu yaxınlarda bir oğlu da
dünyaya gəlib. Nəvələri olan baş həkim, oğluna rayonda Aptek açdırıb, dövlətin
xəstəxanaya verdiyi dərmanlar aptekdə satılır.
Qeyd edək ki, Balakən rayonunda Mərkəzi Xəstəxana ilə yanaşı 1 Mərkəzi
poliklinika, 1 qəsəbə xəstəxanası, 14 kənd həkim məntəqəsi və 16 feldşer-mama məntəqəsi
fəaliyyət göstərilir. Həmçinin Balakən Mərkəzi Xəstəxanasında Kardiologiya,
Anesteziologiya və reanimasiya,Təcili və Təxirəsalınmaz yardım, Urologiya,
Nevrologiya, Fizioterapiya, İnfeksion xəstəliklər, Laboratoriya,
Otolorinqologiya, Narkoloji, Oftolmologiya, Təcili Tibbi Yardım, Terapiya
Ultrasəs müayinəsi, Cərrahiyyə Rentgenolojiya, Funksional diaqnostika, Dəri-Zöhrəvi,
Qadın məstəhətxanası, Pediatriya, Doğum şöbəsi, Ftiziatriya, Ginekologiya, və
Stomotologiya şöbələri fəaliyyət göstərir.









