RU
Bağlanan dörd banka kompensasiya ödənişi davam edir
15:40
1145

Bağlanan dörd banka kompensasiya ödənişi davam edir

15 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 16,6 milyon  manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 19,2 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2,1 milyon manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə 4 bank üzrə 42,2 milyon manatdan artıq kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.  

10:59

Avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondu “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Bu barədə Fonddan bildirilib. 

12 avqust 2016-cı il tarixdə “Parabank”ın qorunan əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 18 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 4,3 milyon manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank” və “Zaminbank”ın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank”, “Kredobank” və “Zaminbank”ın baş ofisinə, “Parabank”ın qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ