Bakıda ağır cinayət hadisəsi baş verib.
Hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili xəstəxanaya çatdırılıb. Həkimlər Hicran Məhərrəmzadədə 10-a yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Bıçaq onun əlini kəsib.
Faktla bağlı araşdırmalar davam edir./atv
7news.az








