RU
Baloğlan Əşrəfov Mübariz Mənsimova görə üsyan etdi:
13:08
1079

Baloğlan Əşrəfov Mübariz Mənsimova görə üsyan etdi: "Kimlərsə onu ləkələməyə çalışır"

Əməkdar artist Baloğlan Əşrəfov ”Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə həbs olunmasına münasibət bildirib. 

 

Redaksiyamıza zəng edən müğənni FETÖ ittihamı ilə tutulan iş adamı haqda danışıb və fikirlərinin yayımlanmasını xahiş edib:

"Mübariz Mənsimov heç vaxt belə bir işlə məşğul ola bilməz, o, təmiz, saf bir insandır. Ola bilsin ki, kimlərsə onu ləkələməyə, gözdən salmağa çalışır. Azərbaycan ictimaiyyətinə bəllidir ki, Mübariz Mənsimov necə vətənpərvərdir.

Qayğıkeş bir azərbaycanlı olaraq şəxsən mənə, başqa soydaşlarımıza çox kömək edib. Ona əlini uzadan qazilərə, sağalmaz xəstəlikdən əziyyət çəkənlərə kömək edib. Heç kimin kömək istəyini geri çevirməyib.

Əziz həmvətənlər, gəlin hamılıqla bu cür vətən övladımıza sahib çıxaq, onu ləkələnməyə qoymayaq, öz insanlıq və təəssübkeşlik borcumuzu ləyaqətlə yerinə yetirək. Mübariz Mənsimov kimi oğulları qorumaq hər birimiz üçün olduqca önəmlidir”./axsam.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ