RU
Bank iş yerinə tələbnamə göndərə bilər?
23:45
844

Bank iş yerinə tələbnamə göndərə bilər?

Bankdan ödəməsini gecikdirdiyi kredit borcu ilə bağlı iş yerinə xəbərdarlıq məktubu göndərilib.

7news.az Xəzər TV-yə istinadən məlumatına görə, bank şirkətdən tələb edib ki, bu borcun maaşdan kəsilərək ödənilməsi təmin olunsun.

Əslində isə bankların problemli kreditlərlə bağlı müştərilərinin çalışdığı şirkətə zəng etməyə və ya xəbərdarlıq məktubu göndərməyə hüququ yoxdur.

Vətəndaşları çaş-baş salan, kredit alarkən bankın vətəndaşın iş yerindən arayış istəməsi və anketə iş yeri telefonunun əlavə olunmasını tələb etməsidir.

Halbuki qanunvericiliyə görə, problemli kreditlə bağlı bank öz müştərisini məhkəməyə verə bilər və ancaq məhkəmə qərarı əsasında icraçılar iş yerinə yazılı və şifahi formada müraciət edə bilərlər.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ