“Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini təklif etdim. Bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır”.
Bunu ATV.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib:
“Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir. Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə, kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olacaq. Son monitorinqlərimiz göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Rəsmi qərarı gözləyək”.
7news.Az








