Çinin Şansi vilayətindəki "Shanxi Rural Credit Cooperatives" bankında baş vermiş biabırçı olayla bağlı araşdırma davam edir.
7News.Az AsiaOne-a istinadən bildirir ki, bank əməkdaşları pis işlədiklərinə görə kötəkləniblər.
Əməyin effektivliyinin artırılması üzrə treninqin rəhbəri əvvəlcə bu şəxsləri səhnəyə çıxararaq onları danlayıb.
O, səhnədə sıra ilə düzülmüş bank işçilərinə qışqıraraq deyib: "Arxalarınızı hazırlayın!" Daha sonra isə bu işçilərdən növbə ilə "Niyə pis işləyirsən?" soruşulub.
İşçilər "Səy göstərmədik" deyəndən sonra treninq rəhbəri dəyənəyi çıxararaq onları vurub. Sonucda həmin şəxslərin başları daz qırxılıb.
Qalmaqallı video sosial şəbəkələrdə yayılandan sonra treninq rəhbəri bankın İdarə Şurasından üzr istəyib.
Bank treninqi dayandırsa da, döyülən əməkdaşlardan kimsə üzr istəməyib.
İndi həmin şəxslərə mənəvi təzminat qismində pul ödənməsi məsələsi nəzərdən keçirilir.
7News.az










