Argentinanın Tiqre şəhərində silahlı şəxslər 30 saniyəyə bankı qarət ediblər.
Bu barədə "Todo Noticias” kanalı məlumat yayıb.
Cinayətkarlar 750 min peso (47 min dollar) apara biliblər.
Müşahidə kameralarının analizi nəticəsində silahlıların 4 nəfər olduğu müəyyən edilib. Onlardan ikisi bankı qarət edən zaman digər ikisi "Mercedes-Benz” markalı avtomobildə gözləyib. Bütün hadisə isə 30 saniyə çəkib.
Telekanalın məlumatına görə, cinayətkarlar qarət zamanı atəş açmayıblar.
Hazırda faktla bağlı təhqiqat aparır. Polisin məlumatına görə, cinayətkarlar bir neçə məhəllə aralı "Mercedes-Benz” avtomobili atıblar və başqa bir maşınla qaçıblar./qafqazinfo
7news.Az








